"Fənərbaxça"nın yeni transferi Con Duran Ferdi Kadıoğluna məxsus "klub tarixinin ən dəyərli futbolçusu" ünvanının yeni sahibi olub.
Apasport.az xəbər verir ki, ötən mövsümün yay transfer dönəmində "Fənərbaxça" tərəfindən 30 milyon avroya "Brayton"a göndərilən Ferdi Kadıoğlu "sarı-lacivərtlilər"in tarixinə düşüb.
Transfer zamanı bazar dəyəri 30 milyon avroya yüksələn Ferdi Kadıoğlu klub tarixinin ən dəyərli futbolçusu adını alıb.
Ferdi Kadıoğlunun bu rekordu "Fənərbaxça"nın yeni transferi Con Duran tərəfindən qırılıb.
Duran 35 milyon avro bazar dəyəri ilə "Fənərbaxça" tarixində oynamış ən dəyərli oyunçu olub.
- Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi
- Rüfət Quliyev: "İnanıram ki, "Sabah" "Selye"ni keçəcək" - Müsahibə
- PSJ-nin əsas oyunçusu Səudiyyə Ərəbistanına keçə bilər
- Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir”
- Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib