İdmançımız Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb
28.07.2025 - 21:50
Azərbaycan təmsilçisi Lətif Əliyev İspaniyanın paytaxtı Madriddə keçirilən 15 yaşadək ağırlıqqaldıranların Avropa birinciliyində qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib olub.
Lətif təkanla qaldırma hərəkətində 129 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb.
- İkardi "Fənərbaxça" derbisi üçün İstanbula gəldi - FOTO
- Tahir Süleymanov: "Sabah"ın fasiləyə lider getməsi sürpriz olmadı"
- Kadi 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq
- "Aruka"nın fədakar azarkeşi 1448 km yol qət etdi, komandasını tək buraxmadı - VİDEO
- Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununa təyinat alıblar
0
0