Mahir Emrelinin bilək sümüyü qırılıb
29.04.2025 - 09:15
Almaniya II Bundesliqa təmsilçilərindən "Nürnberq"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
31-ci turda keçirilən "Fortuna" ilə matçda 28 yaşlı futbolçu bilək sümüyündən zədə alıb.
Hazırda zədə cərrahi müdaxilə olmadan müalicə olunur. Emreli xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcək.
Qeyd edək ki, Mahir 3:3 hesabı ilə yekunlaşan "Fortuna" ilə matçda komandasının 2-ci qolunu vurub.
- Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb
- İkardidən xəbər var: Dönüş tarixi bəlli olub
- Dünyanın ən gərgin derbiləri: "Qalatasaray" - "Fənərbaxça" derbisi neçəncidir?
- Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
- Prezident Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayırıb
0
0