“Neftçi” 2025/2026-cı illər mövsümü üçün hazırlığa start verib.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.
Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. “Binkovski Hotel”də məskunlaşacaq komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.
Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Birinci və ikinci rəqiblər hələ ki bəlli deyil. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.
- Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb
- Olmo ilin sonuna kimi oynamayacaq - Rəsmi
- "Liverpul" və "Arsenal" hücumçu uğrunda mübarizə aparır
- Dünyanın ən gərgin derbiləri: "Qalatasaray" - "Fənərbaxça" derbisi neçəncidir?
- Messi və Suarez dubl etdi, "İnter Mayami" qələbə qazandı - VİDEO