Paralimpiyaçımız İtaliyada ikinci olub
01.04.2025 - 10:58
Paralimpiyaçımız Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində öz kateqoriyasında ikinci olub.
Apasport.az xəbər verir ki, LW3 kateqoriyasında çıxış edən idmançı ilkin mərhələni 1:26.69 nəticə ilə ikinci pillədə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Həlledici mərhələdə 1:22.78 nəticə ilə finişə çatan paralimpiyaçı yarışı öz kateqoriyasında ikinci, qarışıq kateqoriyalar üzrə isə 14 nəfər arasında 13-cü yerdə bitirib.
- Boksçularımız Rusiyadakı turnirdə 8 qızıl medal qazanıblar
- Ceyhun Sultanov: "Hələlik bu, "Qarabağ" üçün uğurlu yoldur"
- Ermənistan futbolunda cinayət işi: “çirkli pulların yuyulması”
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO
0
0