Şeydayevdən yubiley qolu - VİDEO
08.04.2025 - 10:40

“Neftçi”nin futbolçusu Ramil Şeydayev Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.
Apasport.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXIX turuna təsadüf edib.
“Şamaxı” ilə səfər matçının (2:0) 42-ci dəqiqəsində penaltidən yararlanan 29 yaşlı hücumçu 40-cı qolunu 127-ci oyununda vurub. O, “Qarabağ”da 30 (75 oyun), “Sabah”da 6 (28 oyun), “Neftçi”də 4 (24 oyun) dəfə fərqlənib.
Ramil ölkə çempionatları tarixində 40 və daha çox qola imza atan 67-ci futbolçudur. O, bu göstəricidə Mehman Allahverdiyev, Fernando Peres və Junivan Suaresə çatıb.
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"
- "Qarabağ"ın futbolçusu mövsümün rekorduna imza atıb
- “Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB
- Ramos Meksikada debüt qolunu vurub
- Yığma komandamız ABŞ millisi ilə təlim-məşq toplanışı keçəcək
0
0