"Sumqayıt"dan növbəti transfer: Beninli vingerlə 3 illik müqavilə
31.07.2025 - 18:26

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda beninli cinah oyunçusu Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb.
20 yaşlı cinah oyunçusu "Sumqayıt"da "25" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" FK heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.
- "Neftçi"nin rəqibləri bəlli olub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
- Arda Turanın komandasından darmadağın: "Beşiktaş"la rəqib ola bilər
- "Araz-Naxçıvan" 2 futbolçusu ilə müqavilə yeniləyib
- "Liverpul" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir
0
0