“Trabzonspor”da itki: Rayyan Baniya əməliyyat olunacaq
03.12.2025 - 19:48
“Trabzonspor”da itki: Rayyan Baniya əməliyyat olunacaq

“Trabzonspor” müdafiəçisi Rayyan Baniyanın səhhəti ilə bağlı rəsmi məlumat yayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun həkimi Ahmet Beşir açıqlama verib. 

Baniya bir müddətdir sol baldır sümüyündə artan ağrılardan şikayət edirdi.

Aparılan MRT və CT müayinələrindən sonra müdafiəçinin əməliyyat olunmasına qərar verilib.

Bildirilib ki, əməliyyatdan sonra futbolçunun reabilitasiya prosesi həkim heyəti ilə birlikdə davam etdiriləcək.