Vlahoviç və “Fənərbaxça” hekayəsi yenə gündəmdə: Elə qiymət oxudular ki...
18.04.2025 - 15:56

“Yuventus” klubunun serbiyalı hücumçusu Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” 25 yaşlı forvardın transferində maraqlıdır və artıq ilkin təmaslar qurulub.
"Yuventus" Vlahoviç üçün neçə milyon avro istəyir?
Turin təmsilçisi Vlahoviçin satışına müsbət yanaşır, lakin klub rəhbərliyi bu keçidin baş tutması üçün azı 45 milyon avro tələb edir.
Vlahoviç bu mövsüm neçə qol vurub?
Qeyd edək ki, Vlahoviç cari mövsümdə “Yuventus”un heyətində 37 matçda forma geyinib, 14 dəfə rəqib qapılarını dəqiq nişan alıb və 5 qol ötürməsi ilə yadda qalıb.
- Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək
- Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
- Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb
- "Atletiko" müdafiəçisini sata bilər
- "Qalatasaray"lıları əsəbiləşdirən hərəkət: "Kasımpaşa" oyundan sonra... - VİDEO
0
0