“Zirə” 400-cü oyununu keçirib
10.11.2025 - 10:29
“Zirə” bütün turnirlər nəzərə alınmaqla tarixinin 400-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turunun “Turan Tovuz”la ev matçına (0:0) təsadüf edib.
Əsası 2014-cü ildə qoyulan Bakı təmsilçisi indiyədək Premyer Liqada 315, ölkə kubokunda 39, birinci dəstədə 30, avrokuboklarda 16 oyun keçirib. Zirəlilər 178 qələbə qazanıb, 111 heç-heçə edib və 111 məğlubiyyət alıb. Topların fərqi 508-402-dir.
Qeyd edək ki, “Zirə” ilk oyununu 2014-cü il sentyabrın 7-də birinci dəstədə MOİK-ə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.
- Azərbaycan idmançıları İslamiadada 5 növdə qüvvələrini sınayacaqlar
- Antoni üçün 3 yol: İtaliya, İngiltərə, İspaniya
- Hacıosmanoğlu ilk dəfə "Qalatasaray"-"Fənərbaxça" derbisinin hakimi ilə bağlı danışıb
- Yankoviç Monteneqro millisinə dəvət edilib
- "Qalatasaray" Avstriya düşərgəsini qələbə ilə başa vurub
0
0