Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və vitse-prezidenti Fərrux Mahmudov ölkəmizdə işgüzar səfərdə olan Latviya Basketbol Assosiasiyasının prezidenti Raymonds Veyonis və digər nümayəndələrlə görüşüb.
Apasport.az ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.
Veyonis ABF-nin uşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq bu işləri yüksək qiymətləndirib. Bundan əlavə, 3x3 basketbolun qarşılıqlı olaraq ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından biri olub.
Qeyd edək ki, görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.
- Cüdoçularımız Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılıblar
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- “Tottenhem” Pablo Barrios üçün 80 milyon avroluq təklif hazırlayıb
- Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı
- Korrea qitə dəyişdirir: "Atletiko Madrid"də ayrılıq