Lissabonun "Sportinq" komandası UEFA Çempionlar Liqasının ümumi mərhələsinin VII turunda sensasiyaya imza atıb.
Apasport.az xəbər verir ki, Portuqaliya çempionu doğma meydanda PSJ-ni 2:1 hesabı ilə məğlub edib. “Şirlər”in heyətində Luis Suares 74-cü və 90-cı dəqiqələrdə fərqlənərək qələbənin memarı olub. Paris təmsilçisinin yeganə qolunu isə 79-cu dəqiqədə Xviça Kvaratsxeliya vurub.
“Opta”nın məlumatına görə, bu nəticə PSJ üçün tarixi məğlubiyyət kimi qeydə alınıb. Belə ki, Fransa klubu 2013-cü ilin dekabrından bəri ilk dəfə Avropanın TOP-5 liqasına daxil olmayan bir komandaya Çempionlar Liqasında uduzub. Həmin vaxt parislilər digər Portuqaliya təmsilçisi "Benfika"ya eyni hesabla (1:2) məğlub olmuşdular.
Qeyd edək ki, PSJ-nin Çempionlar Liqasındakı 32 oyunluq məğlubiyyətsiz seriyası bu görüşlə başa çatıb. Son turun öncəsində həm “Sportinq”, həm də PSJ 13 xalla turnir cədvəlində eyni göstəriciyə malikdir.
- "Mançester Yunayted"in vingeri Premyer Liqa klublarının hədəfində
- Musa Qurbanlı: "Hələ 23 yaşım var, karyeram qarşıdadır"
- "Barselona" və "Milan" ulduz futbolçularını dəyişə bilər
- Elmira Aslanova: "Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi" - Müsahibə
- Mourinyonun texniki heyəti dəyişdiriləcək