Boksçularımız Almatıda 2 qızıl və 3 bürünc medal qazanıblar
30.05.2025 - 15:53
Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, yarışa Ordu İdman Klubunun heyətində qatılan Azərbaycan millisinin üzvləri 5 medal qazanıblar.
Boksçularımızdan Sübhan Məmmədov (48 kq) finalda Nurqisa Turabekovu (Qazaxıstan), Maqsud Xasmetov (63,5 kq) Nurlibek Usmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutub.
Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyev (71 kq) isə bürünc medala yiyələniblər.
- Yeniyetmə cüdoçular arasında region birincilikləri keçiriləcək
- "Milan" Hernandezi 30 milyon avroya satacaq
- “Qalatasaray”ın ittihamına “Fənərbaxça”dan cavab
- Elmira Aslanova: "Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi" - Müsahibə
- Afrika Millətlər Kuboku: Nigeriya bürünc mükafata sahib çıxıb
0
0