Zidan Hümbətov “Adriatik incisi”nin qalibi olub
10.03.2025 - 09:55
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.
Turnirin son günündə Zidan Hümbətov (54 kq) finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub.
Ondan öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.
- Qəzənfər Abbasov: "Qırmızı vərəqə almasaydılar, hesab belə bitməyəcəkdi"
- Pedro Bikalyo: “Qarabağ" regionun ən böyük klubudur”
- "Hall Siti"nin yeni baş məşqçisi bəlli oldu
- Hakimlərimiz Avropa çempionatı matçlarına təyinat alıblar
- Avrokuboklardan sonra o da "Turan"ın əlindən çıxır - "Zirə" Aleksi istəyir
0
0