Azərbaycan cüdoçularının Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi keçirilib.
Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq. Elşən Əsədov (66 kq) isə 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.
Kişilər
60 kq, 1/8 final
Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə
Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə
66 kq, 1/16 final
Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanı 2 çəki dərəcəsində 3 idmançı təmsil edəcək. Yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
- "Qalatasaray"dan Kökçü bombası: Danimarkalını göndərəcək, millinin üzvünü gətirəcək
- "Qalatasaray" Avstriya düşərgəsini qələbə ilə başa vurub
- "Barselona" müdafiəçi üçün 30 milyon avro təklif edəcək
- İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda məğlub olub
- “Makkabi” derbisi qarışdı: 42 nəfər yaralandı - VİDEO