Ali Koç "Qalatasaray"ın Osimheni almasına razılıq verib
11.07.2025 - 20:08
Super Liqa təmsilçilərindən "Qalatasaray" Viktor Osimhen transferini tamamlamağa çox yaxındır.
Apasport.az xəbər verir ki, "cimbom" Osimhenin 75 milyon avroluq transfer haqqını ödəmək üçün Banklar Assosiasiyasından zəmanət almalıdır.
Bu assosiasiyanın üzvlərindən biri də Ali Koça məxsus "Yapı Kredi" bankıdır.
Məlumatlara görə, zəmanət üçün "Yapı Kredi"nin də icazəsi lazımdır.
İddialara əsasən, Ali Koç Osimhen transferinə mane olmayıb və zəmanət üçün razılıq verib.
- "Fənərbaxça"nın transferi ingilisləri heyrətə saldı: Trossardın transferi tamamlanıb
- "Şamaxı" "Sabah"ı məğlub etdi - YENİLƏNİB
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- “Milan” Nkunkunu satmağa hazırlaşır – əsas variant Səudiyyə Ərəbistanıdır
- Erden Timur həbs olunub
0
0