Fatih Tekke bu transferdə israrlıdır: "Kopenhagen"dən "Trabzonspor"a
03.07.2025 - 19:14
Super Liqa təmsilçilərindən "Trabzonspor" "Kopenhagen"in 30 yaşlı oyunçusu Mohamed Elyunoussi üçün rəsmi danışıqlara başlayıb.
Apasport.az xəbər verir ki, Fatih Tekke bu transferdə israrlıdır.
"Trabzonspor" Norveç millisində də çıxış edən hücumameyilli futbolçunun transferini qısa zamanda yekunlaşdırmaq istəyir.
2024-cü ildə "Sauzempton"dan "Kopenhagen"ə keçən forvardın Danimarka klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.
Təcrübəli hücumçu ötən mövsüm 48 matçda 11 qol vurub, 9 məhsuldar ötürmə edib.
- Qabon millisinin hücumçusu "Kəpəz"ə gəlir - ÖZƏL
- Türkiyədə mərc qalmaqalı böyüyür: 108 məşqçi və 105 menecer PFDK-ya göndərilib
- Messi DÇ-2026-da iştirak edəcək? - Skaloni açıqladı
- “Fiorentina” son 10 ilin ən yaxşı mövsümünü keçirib
- "Qalatasaray" Muslera ilə protokol imzaladı: Əfsanəvi qapıçı göz yaşlarını saxlaya bilmədi - VİDEO
0
0