"Arsenal" iki ulduz hücumçu arasında seçim edəcək
23.05.2025 - 09:58
Londonun "Arsenal" klubu qarşıdan gələn transfer pəncərəsində heyətini ən yaxşı hücumçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "topçuların" hazırkı iki prioritet hədəfi "Leysiq"dən Benjamin Şeşko və "Sportinq"dən isə Viktor Qyökereşdir.
London nəhəngləri hər iki namizədi diqqətdə saxlayır.
"Transfermarkt" portalı Şeşkonun transfer dəyərini 65 milyon, Qyökereşin qiymətini isə 75 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "Arsenal" Premyer Liqanın ikinci pilləsində qərarlaşıb.
- Uduzdu, söydü, cəzalandı: Alleqri bildiyimiz kimi
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- "Fənərbaxça" lotereya qazandı: Transfer qiyməti ilə tarixə düşəcək
- "Ayaks"dan Tadiç açıqlaması: "Hər ehtimalı dəyərləndirə bilərik"
- Yunanıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb
0
0