Artetanın köməkçisi Seriya A klubunu çalışdıra bilər
18.06.2025 - 09:17
London "Arsenal"ının baş məşqçisi Mikel Artetanın köməkçisi Karlos Kuesta tezliklə İtaliya A Seriyası klubunu çalışdıra bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klublarından "Parma" 29 yaşlı mütəxəssislə maraqlanır.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar son mərhələdədir.
Xatırladaq ki, "Parma" Kristian Çivu ilə yollarını ayırdıqdan sonra baş məşqçi postu boş qalıb.
Kuesta 2020-ci ildən Artetanın heyətindədir. Məşqçi əvvəllər "Yuventus" və "Atletiko Madrid"in gənclər komandalarını çalışdırıb.
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Sabiq "Fənər"lilər Tedeskonun transfer siyahısında - Ferdi Kadıoğlu, Kim Min Je...
- İstanbula səfər edən “Reyncers” azarkeşi yol qəzasında vəfat edib
- İsrailli futbolçunun evinə bomba atılıb
- Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
0
0