“Çelsi” və “Borussiya” cinah yarımmüdafiəçisi Ceymi Baynoe-Qittensin transferi ilə bağlı danışıqları davam etdirir.
Apasport.az xəbər verir ki, klublar arasında yeni müzakirələr aparılıb. İddialara görə, tərəflər razılığa yaxınlaşıb.
Eyni zamanda, "arılar"ın rəhbərliyi ingilis üçün təxminən 65 milyon avro istəyir və futbolçuya başqa namizədlərin də olduğunu bildikləri üçün qiyməti aşağı salmaq niyyətində deyil.
Qittens bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə 49 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt 20 yaşlı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
- Millimiz Uelslə bacarmadı - YENİLƏNİB
- “Tottenhem” Omar Marmuşla maraqlanır
- Aslan Kərimov: "Ukrayna ilə matç Fransa ilə oyundan daha çətin olacaq" - Açıqlama
- Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb
- İdmançımız Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb