"Bavariya" Keynə əvəzləyici tapıb
28.03.2025 - 16:18
"Leypziq"in sloveniyalı hücumçusu Benjamin Şeşko Almaniyada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, "Bavariya" "Bulls"un hücumçusunun xidmətində maraqlıdır.
"Bavariya" Şeşkonu Herri Keynin uzunmüddətli əvəzləyicisi hesab edir.
Bundan əvvəl mətbuatda Keynin İngiltərəyə qayıtmaq istədiyi ilə bağlı məlumatlar yayılmışdı.
Şeşkonun "Leypziq"lə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir. Sloveniyalının bazar dəyəri 65 milyon avro olaraq qiymətləndirilir.
- Noyer: "Braziliya komandasına qarşı oynamaq əyləncəli idi"
- “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
- İki boksçumuz diskvalifikasiya olunub
- “Mançester Yunayted”dən yeni rekord
- “Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"
0
0