Acun Ilıcalıdan iddialı açıqlama: “Premyer Liqaya yüksəlsək..”
24.12.2025 - 16:36
“Hall Siti”nin sahibi Acun Ilıcalı klubun gələcəyi ilə bağlı iddialı açıqlama verib.
Apasport.az xəbər verir ki, İngiltərə mətbuatına danışan türkiyəli iş adamı komandanın Premyer Liqaya yüksələcəyi halda diqqət mərkəzində olacağını bildirib:
“Əgər Premyer Liqaya yüksəlsək, məni izləyin. Azarkeşlərin mənim nə qədər çılğın olduğumu artıq bildiklərinə əminəm. Amma əgər daha yuxarı liqaya yüksəlsək, əsl çılğın adamı onda görəcəklər.”
Qeyd edək ki, “Hall Siti” Çempionşipdə 37 xalla 4-cü pillədə yer alıb.
- “Fənərbaxça” “Viktoriya Plzen”lə qarşılaşmanın hakimi ilə bağlı UEFA-ya müraciət edib
- "Barselona" ulduzunu 65 milyon avroya satacaq
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
- Dörd boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib
- Millimiz Tbilisidə 3 qızıl və 3 gümüş medala sahib çıxıblar
0
0