"Aston Villa" - "Makkabi Təl-Əviv" oyununda qonaq komanda azarkeşləri tribunalarda yer almayacaq.
Apasport.az xəbər verir ki, bu barədə "Aston Villa" klubu bəyanat yayıb.
Qərara əsasən, İsrail klubunun azarkeşləri noyabrın 6-da UEFA Avropa Liqası çərçivəsində "Aston Villa" ilə səfər matçına buraxılmayacaq:
"Klubumuz bütün proses boyunca "Makkabi Tel-Əviv" və yerli hakimiyyət orqanları ilə daimi əlaqə saxlayıb. Azarkeşlərin və matçda iştirak edən yerli sakinlərin təhlükəsizliyi verilən hər bir qərarın əsasını təşkil edir" .
Xatırladaq ki, ötən mövsüm UEFA Avropa Liqasında Niderlandın "Ayaks" klubunun qonağı olan və 5:0 hesabı ilə uduzan "Makkabi Tel-Əviv" azarkeşləri iki gün şəhərdə iğtişaş yaradıblar.
Niderland polisinin hesabatına görə, İsrail tərəfdarları binanın fasadından asılan Fələstin bayrağını sökərək yandırıblar və maşınlara ziyan vurublar.
Hadisələrdə 62 nəfər saxlanılıb, 5 nəfər xəstəxanaya yerləşdirilib.
- Noyer: "Braziliya komandasına qarşı oynamaq əyləncəli idi"
- Mbappe "Real Madrid"in 71 illik rekordunu yeniləyib
- Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
- Bundesliqa: "Borussiya Dortmund"dan qələbə, "Bayer" məğlub oldu
- “Tottenhem” İqor Tiaqo üçün hərəkətə keçdi, “Brentford”dan yüksək qiymət