"Beşiktaş" Temmi Abrahamın transferini rəsmiləşdirib
26.01.2026 - 17:31
"Beşiktaş" Temmi Abrahamın transferini rəsmiləşdirib

"Beşiktaş" mövsümün əvvəlində İtaliyanın "Roma" klubundan icarəyə götürülən ingilis hücumçu Temmi Abrahamın transferini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, klub bu barədə  İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib. 

Açıqlamada futbolçunun müqaviləsində yer alan şərtlər yerinə yetirildiyi və daimi transfer üçün nəzərdə tutulan maddənin qüvvəyə mindiyi qeyd olunub.

İstanbul təmsilçisi bu keçid üçün “Roma”ya 13 milyon avro məbləğində transfer haqqı ödəyəcək.

Abraham bu mövsüm “ağ-qaralar”ın heyətində bütün turnirlərdə 26 oyunda meydana çıxıb, 13 qol vurub.