"Borussiya"nın oyunçusu "Çelsi"nin əsas hədəfi olaraq qalır
18.06.2025 - 08:54
"Çelsi" Dortmund "Borussiya"sının vingeri Ceymi Qittensin transferi üzərində işləməyə davam edir.
Apasport.az xəbər verir ki, “mavilər” başqa namizədləri nəzərdən keçirsə də, prioritet hələ də londonluların şifahi razılığa gəldiyi Qittensə verilir.
Dortmund təmsilçisi 20 yaşlı futbolçu üçün bonuslar da daxil olmaqla 65 milyon avro istəyir.
Qittens ötən mövsüm komandasında 49 matçda 12 qol vurub, 5 məhsuldar ötürmə edib. İngilis futbolçunun "Transfermarkt"da qiyməti 50 milyon avrodur.
- PSJ-dən Yamala fantastik təklif - 230 milyon avro
- "Fənərbaxça" - "Samsunspor" matçından sonra futbolçular arasında dava düşüb - VİDEO
- Dünya çempionatı: Azərbaycanın səkkiz boksçusu 1/4 finalda mübarizə aparacaq
- "Fənərbaxça"da yeni forvard - Rəsmi
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
0
0