Ceko İtaliya A Seriyasına qayıdır
04.06.2025 - 09:16

Bir neçə gün əvvəl "Fənərbaxça"dan ayrılan Edin Cekonun yeni ünvanı bəlli olub.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, bosniyalı futbolçu karyerasını İtaliyada davam etdirəcək.
İddialara görə, Ceko İtaliya təmsilçilərindən "Komo" ilə anlaşıb.
39 yaşlı forvard "Komo" ilə müqavilə imzalamaq üçün qısa müddətə Bosniyadan ayrılacaq. Tərəflər arasında 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Ceko daha əvvəl İtaliyada "Roma" və "İnter"in şərəfini qoruyub.
- "Barselona" ispaniyalı yarımmüdafiəçisi ilə müqavilə uzadacaq
- AVF rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb
- Boksçularımız Almatıda 2 qızıl və 3 bürünc medal qazanıblar
- Türkiyə futbol tarixində yeni rekord: "Qalatasaray" - "Fənərbaxça" derbisi tarixə düşəcək
- III MDB Oyunları üçün rəsmi onlayn platforma istifadəyə verildi
0
0