Coşqun oynadı, komandası qələbə qazandı
17.03.2025 - 08:49
Futbol üzrə Türkiyə Birinci Liqasında XXX turun oyunları baş tutub.
Apasport.az xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Çorum" azarkeşləri qarşısında "Keçiörengücü" ilə qarşılaşıb.
Start heyətdə meydana daxil olan Diniyev fasilədən sonra əvəzlənib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 30 turdan sonra 45 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- ABF ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
- Hakan Çalhanoğlu Çempionlar Liqasında bir ilkə imza atıb
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
- İki taekvondoçumuz Niderlandda medal qazanıb
- "Bavariya" və "Yuventus" ingilis futbolçu uğrunda mübarizəyə qoşulub
0
0