"Fiorentina" Konfrans Liqası matçını neytral meydanda keçirəcək
29.06.2025 - 10:21
"Fiorentina" Konfrans Liqasının 4-cü təsnifat mərhələsinin ev oyununun yerini dəyişdirmək üçün rəsmi müraciət edib.
Apasport.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Müraciətə səbəb Florensiyada “Artemio Franchi” stadionunda aparılan yenidənqurma işləri olub.
Püşkatmanın nəticəsindən asılı olaraq qarşılaşma avqustun 21 və ya 28-də baş tutacaq.
Bundan əvvəl A Seriyası rəhbərliyi artıq klubun tələbini təmin etmişdi və eyni səbəbdən “Fiorentina”ya 2025/26 mövsümünün ilk iki dövrəsini səfərdə keçirməyə icazə vermişdi.
- "Kəpəz" yeni mövsümü düşünür: Onlar komandadan göndəriləcək
- Daha iki boksçumuz “Drakula Open”ə qələbə ilə başlayıb
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- Millimiz Almaniyada qızıl medal qazanıb
- "Barselona" "Arsenal"ın futbolçusu ilə danışıqlar aparır
0
0