İngiltərənin “Vest Hem”, “Arsenal”, “Liverpul” və “Çelsi" klublarında çıxış edən keçmiş israilli futbolçu Yossi Benayunun evinə əl qumbarası atılıb.
Apasport.az "The Sun"a istinadla xəbər verir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri baş verən hadisənin İsrail-Qəzza müharibəsi ilə heç bir əlaqəsi olmadığını bildirib. Əl qumbarası evin önündən keçən motosikletçi tərəfindən atılıb.
Sabiq futbolçu baş verənlərlə bağlı bunları söyləyib:
"Əvvəlcə qaz balonunun partladığını düşündüm və yanğınsöndürənləri çağırdıq. Amma polislər evə gələrək qumbaranın qalıqlarını tapdıqda, əslində nə baş verdiyini anladıq".
Qeyd edək ki, Premyer Liqanın bir sıra klublarında forma geyinən Yossi "Liverpul"dakı çıxışı ilə azarkeşlərin sevimlisinə çevirilib.
- "Zirə" və "Araz-Naxçıvan"ın 5 potensial rəqibi açıqlanıb - FOTO
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
- İsko son 6 ildə ilk dəfə İspaniya millisinin heyətində meydana çıxıb
- "Atalanta"nın hücumçusu nəhənglərin radarında
- Konfrans Liqası: “Pafos” və “Sele” evdə qalib gəldi - YENİLƏNİB