Joze Mourinyo: "Bu hakim məni sevmir"
06.11.2025 - 16:16
Joze Mourinyo: "Bu hakim məni sevmir"

Çempionlar Liqasının 4-cü həftəsinə 9 qarşılaşma ilə yekun vurulub.

Apasport.az xəbər verir ki, "Benfika" doğma meydanda "Bayer Leverkuzen"i qəbul edib.

Portuqaliya komandası dördüncü oyununda 1:0 hesabı ilə məğlub olaraq xalsız qalıb. Joze Mourinyo Çempionlar Liqasında keçirdiyi hər üç matçda da məğlub olub.

Matçdan sonra açıqlama verən Mourinyo qarşılaşmanın baş hakimi Simone Sozzanı hədəfə alıb:

"Bilirəm ki, bu hakim məni sevmir. Mənim də ona çox sevgim yoxdur".

Xatırladaq ki, Sozza, Mourinyonun "Fənərbaxça"da olduğu müddətdə hakimlik etdiyi "Lion" matçında da portuqaliyalı məşqçinin qəzəbinə tuş gəlmişdi.