“Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş qanunsuz mərc oyunları ilə bağlı yayılan iddialara münasibət bildirib.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi açıqlamasında bildirib ki, klubdakı futbolçu dostları ilə birlikdə qeyri-qanuni mərc saytlarında slot oyunları oynayıblar:
“Fənərbaxça"dan olan futbolçu dostlarımla birlikdə qanunsuz mərc saytlarında slot oyunları oynadıq. Ancaq bunu kimin hesabı vasitəsilə etdiyimizi xatırlamıram. Bu, çox uzun çəkmədi və oynamağı dayandırdıq.”
Qeyd edək ki, türkiyəli futbolçu yaxın günlərdə mərc oyunları oynamaqda ittiham edilərək saxlanılıb.
- "Qalatasaray"la "Yuventus" arasında Osimhen savaşı – 65 milyonluq transfer
- Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
- Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb
- AFFA I Liqa klublarını cərimələdi
- "Fənərbaxça"nın 6 futbolçusu derbidə oynamayacaq - Rəsmi