Mikautadze Premyer Liqa yolunda
15.03.2025 - 16:32
Gürcü hücumçu Jorj Mikautadze İngiltərə Premyer Liqasına keçə bilər.
Apasport.az "TodoFichajes" portalına istinadla xəbər verir ki, “Vest Hem” 24 yaşlı gürcü futbolçunun transferi üçün “Lion”a təklif hazırlayır.
“Lion” da öz növbəsində Mikautadzeni sərfəli qiymətə satmaq istəyir.
Lakin Liqa 1 klubu oyunçu ilə bağlı qərar verməyə tələsmir. Jorja təkcə “Vest Hem” deyil, digər klublar da maraq göstərir.
Nüfuzlu "transfermarkt" portalı Mikautadzenin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.
- Millimiz Almaniyada keçirilən beynəlxalq yarışı bir medalla başa vurub
- Fred Premyer Liqaya qayıda bilər
- Super Liqa: "Beşiktaş"dan qələbə
- Türkiyəli hakimlər mərc bataqlığında: Prokurorluq cinayət işi üzrə araşdırmaya başladı
- Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı
0
0