Morata İtaliyaya qayıda bilər
20.06.2025 - 08:33
Alvaro Morata yenidən klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, forvard icarə əsasında çıxış etdiyi "Qalatasaray"dan ayrılmaq istəyir.
Jurnalist Nikolo Şiranın sözlərinə görə, "Komo" 32 yaşlı oyunçu üçün mübarizə aparmağa hazırdır. Hücumçu ilə "Sevilya" da maraqlanır.
Alvara Moratanın "Qalatasaray"dakı icarə müddəti 2026-cı ilin yanvarına qədərdir. Müqavilədə 8 milyon avroluq satınalma bəndi var.
İspan futbolçu Türkiyə klubunun heyətində bütün turnirlərdə 16 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Azərbaycan kikboksçuları Lavtiyada öz güclərini sınayacaqlar
- “Milan” Hernandesi sabiq “Barselona”lı ilə əvəz edə bilər
- Elmira Aslanova: "Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi" - Müsahibə
- Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi
- Xabi Alonso "Liverpul"u çalışdıra bilər
0
0