Super Liqanın XXIV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının baş hakimi əcnəbi olacaq.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu açıqlama verib:
"Bu dəvətlə bağlı "Qalatasaray" və "Fənərbaxça"nı öncədən məlumatlandırdıq. Görüşü dünən keçirməyi planlaşdırırdıq. "Fənərbaxça" "yaxşı" dedi. "Qalatasaray" rəhbərliyi isə dünən öz klubdaxili iclasları olduğunu bildirərək bu iclasın bu gün keçirilməsinin mümkün ola biləciyini soruşdu. İclas üçün bu günə qərar verdik. Bundan sonra kimin qeyri-səmimi olduğunu ictimaiyyətin ixtiyarına buraxıram".
Qeyd edək ki, İstanbul derbisi 24 fevralda Bakı vaxtilə saat 21:00-da baş tutacaq.
- Rafael Fiziyevin rəqibi: "Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm"
- "Betis” və "Haydenhaym"dan səfərdə inamlı qələbə - YENİLƏNİB
- "Liverpul" "Real Madrid" ulduzu üçün 130 milyon avro xərcləməyə hazırdır
- “Sabah” tarixi rekorda şərik çıxdı
- Çempionlar Liqasının rəmzi komandası müəyyənləşib