Əfsanə üçlük yenidən bir araya gələ bilər
13.10.2025 - 13:55
Bir vaxtlar “Barselona” forması ilə futbol tarixində iz qoyan Neymar , Messi və Suares üçlüyü yenidən bir araya gələ bilər.
Apasport.az "Daily Mail"ə istinadən xəbər verir ki, "İnter Mayami" "Santos"da çıxış edən Neymarı transfer etmək istəyir.
Heyətində Lionel Messi, Luis Suarez, Jordi Alba və Serxio Buskets kimi keçmiş "Barselona" ulduzlarının yer aldığı "İnter Mayami" əfsanə üçlüyü bir araya gətirməyə çalışır.
Neymarın "Santos"la müqaviləsi mövsümün sonunda başa çatacaq. MLS klubu onu gələn mövsüm pulsuz transfer edə bilər.
- Terim harda, böhran orda: Ərəb klubunda işlər qarışıb
- Arda Turanın komandası Avropa Liqasının ev oyunlarını Sloveniyada keçirəcək
- Qəzənfər Abbasov: "Qırmızı vərəqə almasaydılar, hesab belə bitməyəcəkdi"
- Fransa klubu sanksiya ilə üz-üzə
- Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı
0
0