Qyökereş "Sportinq"i boykot edir
30.06.2025 - 10:55
"Sportinq Lissabon"un hücumçusu Viktor Qyökereş hazırkı klubuna qayıtmaq fikrində deyil.
Apasport.az "Record"a istinadla xəbər verir ki, skandinaviyalı hücumçu yeni mövsümün startı üçün komanda ilə birgə məşq etmək istəmir.
Viktor cari transfer pəncərəsində klubunu dəyişməyə hazırlaşır. Daha əvvəl isveçli futbolçu ilə Londonun "Arsenal", "Mançester Yunayted" və "Liverpul" klublarının maraqlandığı bildirilirdi.
Ötən mövsüm 27 yaşlı forvard Portuqaliya çempionatında 33 oyun keçirib, 39 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb
- Dünya Kubokunun seçmə mərhələ oyunları Bakıda baş tutacaq
- "Baku Open-2025” Beynəlxalq Şahmat Festivalına yekun vurulub
- İspaniya-Türkiyə matçını almaniyalı hakim idarə edəcək
- "Zirə" və "Araz-Naxçıvan"ın 5 potensial rəqibi açıqlanıb - FOTO
0
0