Super Liqa: "Beşiktaş"dan qələbə
23.10.2025 - 01:36
Super Liqa: "Beşiktaş"dan qələbə

Türkiyə Super Liqasının III turunda təxirə salınmış 2 oyun keçirilib. 

Apasport.az xəbər verir ki, "Beşiktaş" "Konyaspor"un, "Başakşehir" isə "Rizespor"un qonağı olub. 

Qarşılaşmada "Beşiktaş" 2:0 hesabı ilə qalib gəlib. Qələbə qollarına Ndidi və Abraham imza atıb. 

Beləliklə, "Beşiktaş" liqada xallarının sayını 16-ya yüksəldib.

Digər qarşılaşmada isə hesab açılmayıb.