"Traktor" azarkeşləri çempionluğu İstanbulda qeyd ediblər - VİDEO
09.05.2025 - 11:36
İran Fars Körfəzi Pro Liqasında çempionluq qazanan "Traktor" komandasının azarkeşləri İstanbulda bayram şənliyi təşkil ediblər.
Apasport.az xəbər verir ki, “Traktor” forması geyinən fanatlar Türkiyə və Azərbaycan bayraqları daşıyıblar.
Marşlar və mahnılarla əylənən azarkeşlər yerli xalq rəqslərini ifa edərək çempionluğu qeyd ediblər.
Xatırladaq ki, İranın ən böyük və ən çox sevilən türk komandası olan "Traktor" ötən həftə tarixində ilk çempionluğunu təmin edib.
Şənlikdən görüntüləri təqdim edirik:
- Kaxaber Tsxadadze: “Bizim üçün çox vacib olan xalları qazanmalıyıq”
- “Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
- İslam Oyunları: Hidayət Heydərov çempion oldu! - FOTO
- Kamal Quliyev müalicəsi barədə: Nəsə istəyəndə xəcalət çəkirəm, utanıram...
- Millimizin heyəti açıqlanıb
0
0