"Yuventus" "Çelsi" ilə danışıqlara başlayıb
13.05.2025 - 10:54
"Yuventus" hüquqları "Çelsi"yə məxsus olan müdafiəçi Renato Veyqanı transfer etmək istəyir.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Yuventus" 21 yaşlı futbolçunu almaq üçün "Çelsi" ilə danışıqlara başlayıb.
Tərəflər hələ ki, transferin qiyməti ilə bağlı razılığa gələ bilməyiblər.
Portuqaliyalı icarə əsasında "qoca sinyora"da çıxış edir.
Qeyd edək ki, Renato Turin komandasının heyətində 13 oyun keçirib, 1 məhsuldar ötürmə edib. "Transfermarkt" müdafiəçinin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.
- Azərbaycan Karate Federasiyası 34 il sonra Xankəndi şəhərində
- "Beşiktaş"a ağır zərbə: "Gençlerbirliği" 2 dəqiqədə 2 qolla qələbə qazandı
- Abubakarın paxıllığını çəkirmiş: Milliyə çağrılmama səbəbi
- “Neftçi”dən rekord, “Qarabağ”dan yubiley
- Penalti gərginliyi böyüdü: "Fənərbaxça" prezidentindən TFF-yə təcili görüş tələbi
0
0