“900”ü keçən “11-lik” – Ronaldo hamıdan öndə
12.02.2022 - 13:00
“900”ü keçən “11-lik” – Ronaldo hamıdan öndə

XXI əsrdə ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə 900 və daha çox matça çıxanlar daxil edilib.

Yalnız 11 futbolçu buna nail olub. Kriştiano Ronaldo və Dani Alves isə “1000” səddini də arxada qoyub.

“11-lik”də İspaniyadan daha çox – 4 oyunçu yer alıb. Portuqaliya və Braziliyadan iki, Argentina, İsveç və Yaponiyadan bir futbolçu 900-ü keçib.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 1104
2.    Dani Alves    (Braziliya) - 1000
3. İker Kasilyas (İpaniya) - 974
4.    Lionel Messi (Argentina) - 955
5.    Zlatan İbrahimoviç (İsveç) -     939
6.    Xavi (İspaniya) - 937
7.    Joao Moutinyo (Portuqaliya) - 922
8.    Yasuhito Endo (Yaponiya) - 909
9-10.    Andres İnyesta (İspaniya) - 906
9-10. Serxio Ramos (İspaniya) - 906
11. Rojerio Seni (Braziliya) - 904