“Ağ-qaralar”ın qara siyahısı
13.12.2021 - 12:08
İtaliyanın “Yuventus” klubunun qış transfer pəncərəsində yollarını ayıra biləcəyi futbolçuların siyahısı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin qara siyahısına 4 oyunçu düşüb.
Klub rəhbərliyi bu “dördlük”dən ikisi ilə vidalaşacaq. “Ağ-qaralar”ın bu siyahısında Rodriqo Bentankur, Artur Melo, Aaron Remsi və Adrien Rabyo arasında seçim edir.
Qeyd edək ki, Massimiliano Alleqrinin yetirmələri 17 turdan sonra A seriyasında 6-cı pillədə qərarlaşıb.
0
0