“Arsenal” Arteta ilə müqaviləni uzatdı
06.05.2022 - 13:26
“Arsenal” Arteta ilə müqaviləni uzatdı

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

İspaniyalı mütəxəssislə yeni anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Arteta 2019-cu ildən “topçular”a rəhbərlik edir.