“Arsenal” Markinyoşu aldı
14.05.2022 - 17:46
“Arsenal” Markinyoşu aldı

“San Paulo”nun hücumçusu Markinyoş Oliveyra Avropaya köçəcək.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı futbolçu “Arsenal”la anlaşıb.

London təmsilçisi “sambaçı”nın transferi üçün “San Paulo” ilə hərtərəfli razılığa gəlib. Onun keçidi ingilislərə 3-3,5 milyon avroya başa gəlib. Futbolçu mövsüm bitdikdən sonra yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Markinyoş bu mövsüm 15 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.