“Arsenal” millinin müdafiəçisini satır
15.05.2022 - 11:24
“Arsenal” millinin müdafiəçisini satır

“Arsenal” futbolçusu Vilyam Salibanı satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu müdafiəçi uçün 30 milyon avro istəyir.

Fransa millisinin üzvünün xidmətində “Milan”, “Marsel” və “Atletiko” maraqlıdır. 21 yaşlı futbolçu üç il əvvəl “Arsenal”a keçsə də, bu müddətdə üç müxtəlif klubda icarədə olub. “Topçular”ın əsas komandasında debüt etməyən Saliba U-23-ün heyətində şans qazanıb.

Qeyd edək ki, ötən ilin yayından “Marsel”də icarədə olan müdafiəçi Fransa yığmasında 2 matç keçirib.