“Arsenal”ın ikinci qənimi - Benites
07.12.2021 - 09:10
“Arsenal”ın ikinci qənimi - Benites

İngiltərə Premyer Liqasının XV turunda “Arsenal”la qarşılaşan “Everton”un baş məşqçisi Rafael Benites 4-cü komandası ilə “topçular”a qalib gəlib.

Apasport.az saytının məlumatına görə, 2:1 hesablı qələbə mütəxəssisin indiki klubu ilə ilk belə uğuru olub.

Benites “Liverpul”, “Çelsi” və “Nyukasl”ın baş məşqçisi kimi də “Arsenal”ı məğlub etməyi bacarıb. O, London təmsilçisini 4 müxtəlif klubla üstələyən ikinci mütəxəssisdir.

“Arsenal”a qənim kəsilən ilk baş məşqçi Mark Hyuz olub. O, “Blekbern”, “Mançester Siti”, KPR və “Stok”un sükanı arxasında “topçular”ı xalsız qoyub.