“Aston Villa” hücumçusuna qiymət qoydu: 50 milyon funt
13.05.2022 - 00:42
“Aston Villa” hücumçusuna qiymət qoydu: 50 milyon funt

“Aston Villa” hücumçusu Oliver Uotkinsi satmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi “Vest Hem”dən aldığı təkliflə razılaşmayıb.

“Aston Villa” Oliver üçün 50 milyon funt sterlinq tələb edir. Bu qədər pul xərcləməyi planlaşdırmayan “Vest Hem”in aşağı məbləğli təklifi də bu üzdən qəbul olunmayıb.

Qeyd edək ki, Uotkins mövsümün 33 oyununda 10 qol vurub.