“Atalanta”da 2 illik müqavilə
29.04.2022 - 17:52
“Atalanta”da 2 illik müqavilə

İtaliyanın “Atalanta” klubu müdafiəçisi Xose Palomino ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, yeni anlaşma 2025-ci ilədək nəzərdə tutulub.

Argentinalı futbolçunun əvvəlki sözləşməsi gələn yay başa çatmalı idi. 2017-ci ildən Berqamo klubunun şərəfini qoruyan 32 yaşlı müdafiəçi daha iki il A seriya təmsilçisində qalacaq.

Qeyd edək ki, Palomino cari mövsüm 41 oyunda 2 qol və 1 assistə imza atıb.