“Atalanta”dan “Latsio”ya
08.05.2022 - 00:52
“Atalanta”dan “Latsio”ya

“Atalanta”nın futbolçusu Matteo Pessina “Latsio”nun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, romalılar 25 yaşlı yarımmüdafiəçini mövsümlərarası dövrdə heyətinə qatmaq niyyətindədir.

“Atalanta” rəhbərliyi sərfəli təklif qarşılığında oyunçunu satmağa razıdır. Əgər “Latsio”nun təklif etdiyi məbləğ berqamoluları qane etsə, Pessina klubunu dəyişəcək.

Qeyd edək ki, Matteo mövsümün 34 matçında 2 qol və 1 asssistə imza atıb.