“Atalanta”nın müdafiəçisi Premyer Liqaya gedir
11.05.2022 - 22:38
“Atalanta”nın müdafiəçisi Premyer Liqaya gedir

“Tottenhem” yay fasiləsində müdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, “Atalanta”nın futbolçusu Yoakim Mehle karyerasını İngiltərə təmsilçisində davam etdirə bilər.

London klubu arxa xətt oyunçusunu mövsümlərarası dövrdə almağı planlaşdırır. 24 yaşlı danimarkalı cari mövsümdə A seriyasında 25 oyun keçirib.

Qeyd edək ki, Mehle mövsüm ərzində 1 qol və 1 assistə imza atıb.