“Atletik” hücumçusunu göndərdi
03.01.2022 - 12:43
“Atletik” hücumçusunu göndərdi

İspaniya “Atletik”i futbolçusu Xon Morsilyoya yeni komanda tapıb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu “Valyadolid”ə icarəyə verilib.

O, mövsümün sonunadək Valyadolidin eyniadlı təmsilçisində çıxış edəcək. Morsilyo mövsümə Bilbao klubunda başlayıb. 

Forvard 7 matçda iştirak edib. O, bu oyunlarda qol və ya assistlə fərqlənməyib.